Güc strukturları: Azərbaycanda əməliyyat şəraitinə nəzarət olunur
Bizi izləyin

Nida.az

Güc strukturları: Azərbaycanda əməliyyat şəraitinə nəzarət olunur

"Azərbaycan Respublikasının milli maraqları və təhlükəsizliyinə mümkün təhlükələrin, təhdidlərin qarşısının alınması üçün Milli Təhülkəsizlik Nazirliyi (MTN) digər aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə bütün zəruri qabaqlayıcı tədbirləri həyata keçirir".

Bunu Trend-ə MTN-in İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.

Onun sözlərinə görə, əməliyyat şəraitinə nəzarət olunur.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə bildiriblər ki, terrorizmə qarşı mübarizə heç də bir dövlətin işi deyil: “Terrorizmə qarşı bütün dövlətlər birgə mübarizə aparmalıdır”.

Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm