• USD 1,7000 0,00% EUR 2,0603 +0,33%
    • GBP 2,2757 -0,27% RUB 0,0226 +0,88%

Prezident İlham Əliyev Türkiyə baş nazirinin təşkil etdiyi qəbulda iştirak edib

  • Nida.az
  • 16 Noyabr 2015 00:16
  • 796 Baxış
Prezident İlham Əliyev Türkiyə baş nazirinin təşkil etdiyi qəbulda iştirak edib

Noyabrın 15-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun adından “Böyük İyirmiliyin” Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə qəbul təşkil olunub.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva qəbulda iştirak ediblər.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan, xanımı Әminә Әrdoğan vә qızı Sümeyye Әrdoğan, Rusiya prezidenti Vladimir Putin, Beynәlxaql Maliyyә Fondunun rәhbәri Kristina Lagarde, Almaniya baş naziri Angela Merkel, Kanada baş naziri Castin Pierre, İtaliya baş naziri Matteo Renzi, İngiltәrә baş naziri Devid Kameron, Çinin dövlәt naziri Xi Jinping, Avropa İttifaqı Şurası prezidenti Donald Tusk vә digәr rәsmi şәxslәr dә qәbula qatılıblar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR