Birinci xanımlar “G20”-“Yurd” mədəni ərazisində - FOTO
Bizi izləyin

Nida.az

Birinci xanımlar “G20”-“Yurd” mədəni ərazisində - FOTO

Noyabrın 16-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Antalyada “G20”-“Yurd” mədəni ərazisində yaradılan sərgi ilə tanış olub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğana, Sammitdə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin xanımlarına sərgi barədə məlumat verildi.

Mədəni ərazidə Cəlaləllidin Rumi və Yunus Əmrə irsini nümayiş etdirən tolerantlıq bölməsi, “Türk qəhvəsi mədəniyyəti” sərgisi, ebru sənəti nümunələri, ipək geyimlər, türk mətbəxini təbliğ edən təamlar və s. nümayiş olunur.

Əvvəlcə qonaqlar türk mətbəxinin nümunələri ilə tanış oldular.

Sonra məşhur türk qəhvəsi, onun tarixi və hazırlanması prosesi barədə məlumat verildi.

Qonaqlar türk qəhvəsinin hazırlandığı qablara da baxdılar.

Daha sonra isti qumda qəhvə hazırlanması prosesi nümayiş olundu. Bildirildi ki, bu cür hazırlanan qəhvə daha dadlı və spesifik xüsusiyyətlərə malik olur.

Azərbaycanın birinci xanımına və digər qonaqlara, həmçinin türk şirniyyatlarının hazırlanması və onların tərkibi barədə məlumat verildi.

Bundan başqa, qonaqlar türk mantısının hazırlanması prosesinə baxdılar, burada nümayiş etdirilən əl işləri ilə tanış oldular.

Daha sonra qonaqlar Türkiyənin turizm imkanlarını və mətbəxini əks etdirən videoçarxa baxdılar.

Burada türk milli musiqilərini dinləyən qonaqlara milli musiqi alətləri və onların tarixi haqqında məlumat verildi.

Sərgidə müxtəlif zinət əşyaları da nümayiş olunur.

Daha sonra qonaqlara ebru ənənəvi türk sənəti barədə məlumat verildi. Qonaqlar burada ebrulərdən birinin hazırlanması prosesinə baxdılar.

Bu ərazi Türkiyənin mədəni və tarixi irsini, incəsənətini, adət-ənənələrini “G20” ölkələrinin liderlərinə, Sammitdə iştirak edən digər yüksək vəzifəli şəxslərə və jurnalistlərə təqdim etmək üçün təşkil olunub. Noyabrın 13-16-da ziyarətçilərin ixtiyarında olan ərazinin təşkilindən digər məqsəd Antalyanın qədim sivilizasiyalar, mədəni zənginliklər, tolerantlıq məkanı olması faktını qonaqlara çatdırmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm