• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

KXCP-də qarşıdurma: Milli Şura məsələsi aranı qatdı

  • Nida.az
  • 17 Noyabr 2015 15:07
  • 680 Baxış
KXCP-də qarşıdurma: Milli Şura məsələsi aranı qatdı

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu müavini Oqtay Gülalıyevi tutduğu vəzifədən uzaqlaşdırıb.


KXCP-dən Publika.az-a verilən məlumata görə, bu barədə qərar Ali Məclisin toplantısında verilib. Buna səbəb O. Gülalıyevin sədrin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Milli Şuradan çıxmaması olub.


KXCP sədrinin müavini Xəzər Teyyub Publika.az-a açıqlamasında deyib ki, O. Gülalıyev müavinlikdən çıxarılsa da, partiya üzvü olaraq qalır: “Müavinlərin təyinatı və azad olunması partiya sədrinin müstəsna səlahiyyətidir. Oqtay bəy partiyanın üzvüdür və Ali Məclisin üzvü olaraq qalır”.


Qeyd edək ki, O. Gülalıyev Milli Şurada sədrin mətbuat katibi kimi də fəaliyyət göstərir.


Asif Nərimanlı


Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR