"Aztelekom”un sabiq baş direktoru YAP-dakı vəzifəsini itirdi
Bizi izləyin

Nida.az

"Aztelekom”un sabiq baş direktoru YAP-dakı vəzifəsini itirdi

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olmuş Məhəmməd Məmmədov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib.

YAP-dan Publika.az-a verilən məlumata görə, bununla da Məhəmməd Məmmədov YAP-ın Mərkəzi Nəzarət- Təftiş Komissiyasının sədri vəzifəsindən azad olunub. Hazırda o, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsini daşımır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilən yoxlamalar nəticəsində nazirliyin “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun barəsində həbs qətlimkan tədbiri seçilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm