Gürcüstanın müdafiə naziri Bakıya gələcək
Bizi izləyin

Nida.az

Gürcüstanın müdafiə naziri Bakıya gələcək

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli dekabrın əvvəllərində Azərbaycana səfər edəcək.


Publika.az “Ria-Novosti”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumata görə, T. Xidaşeli əvvəlcə Amerika və Avropa ölkələrinə rəsmi turneyə yola düşüb: “Xidaşeli bu gün Kanadaya yola düşüb. Yeni hökumətin nümayəndələri ilə görüşəcək və təhlükəsizlik üzrə konfransda iştirak edəcək. Müdafiə naziri Kanadadan Nyu-Yorka yola düşəcək və BMT-nin sülh missiyasının rəhbərləri ilə görüşəcək. Xidaşeli rəsmi turne çərçivəsində Belçikaya, Almaniyaya və Azərbaycana baş çəkəcək”.


Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm