Novruz Məmmədov: “Azərbaycanın G-20 sammitində iştirakı olduqca mühüm əhəmiyyətə malikdir”
Bizi izləyin

Nida.az

Novruz Məmmədov: “Azərbaycanın G-20 sammitində iştirakı olduqca mühüm əhəmiyyətə malikdir”

Azərbaycanın dünya miqyasında, beynəlxalq aləmdə bu ilin ən mühüm hadisəsi olan “Böyük İyirmiliy”in (G-20) Antalya sammitində iştirak etməsi olduqca mühüm əhəmiyyətə malikdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, qeyd edib ki, bu sammitdə müzakirə edilən mövzular, aparılan fikir mübadilələri və digər məsələlər uzun müddət müəyyən siyasi, analitik mərkəzlərin müzakirə mövzusu olacaq.

N.Məmmədov bildirib ki, G20 bu gün dünyanın ən mühüm qurumlarından biri hesab olunur: "Dünya iqtisadiyyatının 85 faizi, dünya ticarətinin 80 faizi G20 ölkərinin payına düşür. Bu nöqteyi-nəzərdən, G20 ölkələrinin dünyada gedən proseslərə mühüm təsiri var. Belə bir sammitin keçirilməsi həm də ona görə mühümdür ki, dünyada bu ilin əvvəlindən proseslər həddindən artıq intensivləşib, müəyyən mənada gərginləşib. Bu sammitdən 1-2 gün əvvəl, yəni təxminən eyni vaxta düşən Parisdəki terror hadisələri sammitə diqqəti daha da artırdı".

N.Məmmədov əlavə edib ki, Azərbaycanın Türkiyə tərəfindən bu mühüm sammitə dəvət olunması bu iki qardaş, tərəfdaş dövlətin həm regionda, həm də dünyada, beynəlxalq aləmdə gedən proseslərə mühüm təsir qüvvəsinin olduğunu nümayiş etdirir: "Azərbaycan Prezidentinin bu sammitin bütün iclaslarında çıxışlarına əlavə olaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu sammitdə Azərbaycanın son illərdə həm regionda, həm də beynəlxalq aləmdə inteqrasiya proseslərində, xüsusilə enerji sahəsində əməkdaşlıqda çox böyük rol oynadığını qeyd etdi".

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə ilə bağlı gedən danışıqlar prosesi, bu prosesdə Ermənistanın tutduğu mövqeyi, eyni zamanda bu münaqişənin tarixi, ümumiyyətlə, Azərbaycan həqiqətələrinin dünyanın ən mühüm 20 dövlətinin rəhbərlərinə birbaşa çatdırılmasında Azərbaycan Preizdenti İlham Əliyev çox böyük rol oynadı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm