Novruz Məmmədov: "Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çoxdan çatıb"
Bizi izləyin

Nida.az

Novruz Məmmədov: "Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çoxdan çatıb"

Artıq Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çoxdan gəlib çatıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, qeyd edib ki, Ermənistan tərəfi hələ də anlamır ki, bu prosesi nə qədər yubadırsa, özü üçün bir o qədər böyük faciə hazırlayır: "Danışıqların da, Madrid prinsiplərinin də mahiyyəti bundan ibarətdir ki, birinci mərhələdə 5 rayon azad olunsun, ikinci mərhələdə Laçın dəhlizinin formatı müəyyən edilsin, qalan iki rayonun qaytarılması məsələsi həll olunsun, Dağlıq Qarabağda təhlükəsizlik baxımından sülhməramlı qüvvələr yerləşdirilsin, III mərhələdə isə azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağda yerləşdirilsin, yaşasın, müəyyən vaxtdan sonra referendum keçirilsin".

N.Məmmədov bildirib ki, Azərbaycan uzun illərdir Qərb dövlətlərindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT qətnamələrinə uyğun həlli ilə bağlı ədalətli mövqe görmür. Bu isə vəziyyəti mürəkkəbləşdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm