• USD 1,7000 0,00% EUR 2,0246 +0,54%
    • GBP 2,2714 +0,25% RUB 0,0225 +0,44%

Ana Vətən Partiyasının 25 illik yubileyi qeyd olunub

  • Nida.az
  • 22 Noyabr 2015 19:13
  • 654 Baxış
Ana Vətən Partiyasının 25 illik yubileyi qeyd olunub

Ana Vətən Partiyasının 25 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Publika.az-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları partiyanın keçdiyi həyat yolunu özündə əks etdirən sənədli film izləyiblər.

Tədbiri giriş sözü ilə açan partiyanın sədri Fəzail Ağamalı partiyanın keçdiyi çətin və şərəfli yoldan bəhs edərək partiya üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Ana Vətən Partiyası ölkədə baş verən ictimai siyasi proseslərdə daim öndə olub və hər zaman öz iradəsini ortaya qoyub.

AVP sədri vurğulayıb ki, gələcəkdə partiya daha böyük uğurlar əldə edəcək və partiyanın hər bir üzvü Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və ölkənin inkişafında öz töhfələrini verəcək.

Yubiley tədbirinə həmçinin Böyük Qurtuluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXACP) sədri Qüdrət Həsənquliyev və Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev qatılıblar.

Mərasimdə səmərəli partiya fəaliyyətinə görə partiyanın fəal üzvləri fəxri fərmanlarla təltif olunublar.

Yubiley tədbirinin ikinci hissəsində tədbir iştirakçılarına ziyafət verilib və onlara xatirə hədiyyələri paylanılıb.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR