Nida.az
BAXCP-nin gerbi dəyişdirilə bilər
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyadan Publika.az-a daxil olan məlumata görə,
iclasda ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə
olunub.
İclasın gündəliyinə BAXCP-nin yeni gerbinin qəbul edilməsi ilə
təklifin müzakirəsi də daxil edilib. Azərbaycan Səfəvilər
Dövlətinin gerbinin əsasında BAXCP-nin yeni gerbinin hazırlanması
təklifi İdarə Heyətində geniş müzakirələrə səbəb olub.
Təklif İdarə Heyətinin üzvləri tərəfindən maraqla qarşılanıb və dəstəklənib. Bununla yanaşı, BAXCP İdarə Heyəti müzakirələrin davam etdirilməsini və məsələnin Ali Məclisini müzakirəsinə təqdim olunmasını məqsədəuyğun sayıb.
Xatırladaq ki, BAXCP-nin Nizamnaməsinə əsasən partiyanın rəmzləri ilə bağlı qərarın verilməsi qurultayın səlahiyyətindədir. Ali Məclis yeni gerblə bağlı təklifi dəstəkləyərsə, o zaman məsələ partiyanın növbəti qurultayında müzakirəyə çıxarılacaq.
İdarə Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ BAXCP Ali Məclisinin sessiyasının çağırılması ilə bağlı olub. Partiyanın Nizamnaməsinə və Ali Məclisin reqlamentinə əsasən BAXCP Ali Məclisinin növbəti sessiyasının dekabrın 26-da keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Asif
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia