MSK şikayətlərə baxdı
Bizi izləyin

Nida.az

MSK şikayətlərə baxdı

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Publika.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.

Müraciətlərlə bağlı MSK katibi Arifə Muxtarova və MSK üzvü Validə Kazımova məlumat verib.

41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən deputatlığa namizədlikləri qeydə alınmış Ələddin Abdullayev və 73 saylı Lənkəran Şəhər Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Gülarə Həmidova həmin dairələr üzrə seçki nəticələrinin ləğv edilməsini xahiş ediblər.

Bildirilib ki, müraciətlər MSK-ya qanunvericilikdə nəzərdə tutulan müddət ötürülməklə göndərilib. Ona görə də şikayət geri qaytarılmalıdır.

Daha sonra qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm