• USD 1,7000 0,00% EUR 2,0272 +0,13%
    • GBP 2,2760 +0,20% RUB 0,0225 0,00%

İlham Əliyev: "Azərbaycan özünü hər bir xarici müdaxilədən qorumaq iqtidarındadır"

İlham Əliyev: "Azərbaycan özünü hər bir xarici müdaxilədən qorumaq iqtidarındadır"

"Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər xalqın iradəsini tam ifadə edib. Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib. Bunu beynəlxalq müşahidəçilər də təsdiqləyib. Bu seçkilərlə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan demokratiyaya sadiqdir və ölkədə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir: "Son illərdə ölkədə gedən inkişaf prosesləri də bu seçkilərin nəticələrinə mühüm təsir edib".

Ölkənin beynəlxalq nüfuzunun artdığını, dünyada etibarlı tərəfdaş kimi tanındığını, iqtisadi baxımdan sürətlə inkişaf etdiyini, bunun da Azərbaycan vətəndaşının həyatına təsir etdiyini, yoxsulluq və işsizlik sahəsində Azərbaycanın ciddi nailiyyətlər qazandığını diqqətə çatdıran Prezident İlham Əliyev bütün bu işlərin təməlində sabitliyin dayandığını bildirib.

Azərbaycanda millətlərarası və dinlərarası münasibətlərin ən yüksək səviyyədə qorunduğunu deyən ölkə başçısı bu məsələdə dövlət siyasəti ilə ictimai dəstəyin vəhdət təşkil etdiyini bildirib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR