Millət vəkili: “Yaranmış vəziyyət Azərbaycan üçün də təhlükəlidir”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Yaranmış vəziyyət Azərbaycan üçün də təhlükəlidir”

“Türkiyə ilə Rusiya arasında yaranmış gərginlik Azərbaycan üçün də müəyyən təhlükələr törədə bilər”

Bunu Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında yaranan diplomatik böhranı şərh edərkən deyib.

F.Ağamalı deyib ki, Türkiyə Azərbaycana dost, qardaş və strateji müttəfiq ölkədir. Rusiya isə Azərbaycanın qonşusu olan böyük dövlətdir. Tarix də göstərib ki, Rusiya öz strateji və dövlət maraqlarına çatmaq üçün nəinki qonşu dövlətlərin maraqlarını nəzərə almır, hətta həmin ölkələrə əzələ nümayiş etdirir.

“Rusiya öz maraqları üçün hər bir addım atmağa hazır olan dövlətdir. Krımı və Ukraynanın Şərqini işğal edərək dünya ilə üz-üzə gəldi. SSRİ-nin gücünü geri qaytarmaq istəyir. Belə bir vəziyyətdə Azərbaycan öz neytrallığını qorumalı, Rusiya ilə qonşu ölkə kimi normal münasibətləri davam etdirməlidir. Təbii ki, Türkiyə ilə də qardaşlıq münasibətlərini olduğu kimi saxlamalıyıq. Azərbaycan heç bir halda bu proseslərə qoşulmalı deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm