Xaçmazda çoxmənzilli binaların təmirinə pul ayrıldı
Bizi izləyin

Nida.az

Xaçmazda çoxmənzilli binaların təmirinə pul ayrıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Son illər Xaçmaz şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Modul Tipli Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilmiş, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət evi yenidən qurulmuş, Tarix-Diyarşünaslıq, “Xalça”, “Şəxsiyyətlər”, “Xalqlar Dostluğu” muzeyləri və Rəsm Qalereyası yaradılmış, əlil və şəhid ailələri üçün 92 mənzilli 4 yaşayış binası inşa edilmiş, 13 çoxmənzilli bina əsaslı təmir olunmuş, şəhərin mərkəzi küçələrində müasir işıqlandırma sistemi quraşdırılmış, parklar salınmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xaçmazda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan daha 19 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Xaçmaz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm