Türkiyə Rusiyaya qarşı Qarabağdan cəbhə açdı - “Kommersant”
Bizi izləyin

Nida.az

Türkiyə Rusiyaya qarşı Qarabağdan cəbhə açdı - “Kommersant”

“Türkiyə Rusiyaya qarşı Qarabağ cəbhəsindən hücum etmək niyyətindədir”.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşrinin məqaləsində deyilir.


Nəşr yazır ki, Moskva və Ankara arasında münaqişə gözlənilməz dalana girdi: “Ankara Rusiyanın Türkiyə iqtisadiyyatına sanksiyalar qoymaq niyyətinə və onun imicinə zərbə vurmasına sərt reaksiya verdi. Misal üçün, Rusiya 1915-ci ildə Türkiyədə baş vermiş hadisələrin “erməni soyqırımı” olduğunu inkar edənlərin qanunla cəzalandırılması kimi məsələləri gündəmə gətirdi. 2015-ci ilin aprel ayında Vladimir Putin “erməni məsələsi”nin 100 illiyi münasibətilə İrəvana getməsindən sonra bu istiqamətdə Ankara-Moskva münasibətlərində çat yaranmışdı. İndi eyni vəziyyət yenidən təkrarlandı. Sergey Lavrovla Mövlud Çavuşoğlunun görüşü ləğv olundu”.


Nəşr qeyd edir ki, bu fonda Çavuşoğlunun Bakıya gəlməsi və Azərbaycan rəhbərliyi ilə danışıqlar aparması diqqət çəkir.


“Bu görüş haqda ilk ehtimalları Əhməd Davudoğlunun bəyanatında görmək mümkündür. “Türkiyə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması üçün bacardığı hər şeyi edəcək” deməklə o, faktiki olaraq Rusiya ilə mübarizənin yeni cəbhəsini Qarabağdan açdı. Davudoğlu qeyd etdi ki, Ankaranın niyyəti Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında iştirak etməkdir”, - deyə “Kommersant” vurğulayır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm