Çavuşoğlu: “Azərbaycan seçki sahəsində müsbət irəliləyişlər əldə edib”
Bizi izləyin

Nida.az

Çavuşoğlu: “Azərbaycan seçki sahəsində müsbət irəliləyişlər əldə edib”

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu il noyabrın 1-də Azərbaycanda keçirilən Milli Məclisə seçkilərin nəticələrinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, türkiyəli nazir M.Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bu gün keçirdiyi birgə brifinqdə çıxışı zamanı deyib ki, Azərbaycanda seçkilər yüksək səviyyədə keçirilib: “Biz bu seçkilərə görə Azərbaycanı təbrik edirik. Beynəlxalq təşkilatların hesabatlarından da göründüyü kimi, Azərbaycan bu sahədə də müsbət irəliləyişlər əldə edib.

Mən bu gün səhər cənab İlham Əliyevlə də görüşdüm. Görüşdə bu məsələləri diqqətə çatdırdım. Həqiqətən də Azərbaycanın inkişafı bizi çox sevindirir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm