Deputat: “Hansısa məsələnin zorakı üsullarla həllinə cəhd göstərmək yolverilməzdir”
Bizi izləyin

Nida.az

Deputat: “Hansısa məsələnin zorakı üsullarla həllinə cəhd göstərmək yolverilməzdir”

“Azərbaycanda tarixən din-məzhəb zəminində qarşıdurma olmayıb”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Adil Əliyev bildirib.

Onun sözlərinə görə, din-dövlət münasibətlərinin möhkəm təməllər üzərində qurulması vacibdir: “Azərbaycan isə nadir ölkələrdəndir ki, burada tarixən din-məzhəb zəminində qarşıdurma olmayıb. Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycanda yaranmış sabitliyi pozacaq hər hansı əməldən çəkinmək lazımdır. Kiminsə, kimdənsə narazılığı varsa da, bu, mütləq qanun çərçivəsində həll olunmalıdır. Hüquqi dövlətdə yaşayırıqsa, hansısa məsələnin zorakı üsullarla həllinə cəhd göstərmək qətiyyən yolverilməzdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm