Türkiyə kəşfiyyatına xəbərdarlıq: “Rusiya PKK-nı hərəkətə keçirə bilər”
Bizi izləyin

Nida.az

Türkiyə kəşfiyyatına xəbərdarlıq: “Rusiya PKK-nı hərəkətə keçirə bilər”

“Rusiya Türkiyəyə qarı PKK vasitəsilə terror aktlarına və təxribatlarına əl atacaq”.

Publika.az xəbər verir ki, bu barədə NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib.

Onun sözlərinə görə, Rusiyanın yanlış xarici siyasəti onun beynəlxalq aləmdə təklənməyinə səbəb oldu: “Nəticə də isə II Dünya müharibəsindən bu günə qədər var olmuş Rusiya toxunulmazlığı ləğv olundu. Rusiya artıq digər dövlətlər üçün toxunulur güc sahibinə çevrildi. Rusiyanın Türkiyə ilə istər siyasi, istər hərbi, istərsə də iqtisadi tərəfdaşlıqları mövcuddur, lakin bu gün bu tərəfdaşlıqlar Rusiyanın istəyi ilə müəyyən müddətlik geri çəkilə bilər”.

F. Məmmədov qeyd edib ki, Vladimir Putin bütün bu addımları daxili auditoriyaya toxunulmazlıqlarının davam etdiyini göstərmək üçün atır: “Lakin artıq ox yaydan çıxdı. Putin bir tarixi məqamı da çox yaxşı bilir ki, əgər o, Türkiyə ilə hərbi münaqişəyə girməyə çalışsa, tarix yenidən təkrarlana bilər. Yüz il öncə Çanaqqala zəfərləri ilə dolu zəngin tarixi olan Türkiyə bu gün eyni ssenarini yenidən təkrarlaya bilər. Putin bunu yaxşı bilir. Bu gün istər ərəb coğrafiyasında, istərsə də müsəlman dünyasında Türkiyə lokomotiv rolunu oynayır. Əgər sabah münaqişə yaranarsa, bu, cihad xarakteri ala bilər. Bu reallaşarsa, Rusiya üçün sonluq deməkdir”.

F. Məmmədov hesab edir ki, Rusiya daxili auditoriyaya hesablanmış bir iki manevr siyasəti həyata keçirəcək.

“Unutmaq lazım deyil ki, Türkiyə daxilində PKK terror təşkilatı vasitəsilə terror hadisələri və təxribatlarına da əl atacaq. Burda əsas iş Türkiyə kəşfiyyatının üzərinə düşür”, - deyə o vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm