• USD 1,7000 0,00% EUR 2,0272 +0,13%
    • GBP 2,2760 +0,20% RUB 0,0225 0,00%

Məlahət İbrahimqızı: “Ekstremistlər dini həssaslıqdan sui-istifadə etməyə cəhd etdilər”

  • Nida.az
  • 28 Noyabr 2015 12:55
  • 505 Baxış
Məlahət İbrahimqızı: “Ekstremistlər dini həssaslıqdan sui-istifadə etməyə cəhd etdilər”

“Dini ekstremist qüvvələr Nardaran kəndində dini həssaslıqdan istifadə edərək, sabitliyi pozmağa cəhd etdilər”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı Nardaran hadisələrini şərh edərkən deyib.


Onun sözlərinə görə, Azərbaycanda əmin-amanlığı pozmaq istəyən qüvvələr həmişə olub: “Xaricdə və ölkə daxilində belə qüvvələr olub. Müstəqilliyimizi əldən edəndən bu günə qədər dövlət rəhbərlərinə sui-qəsd cəhdində tutmuş etnik qarşıdurma, separatizm kimi addımlar olub. Torpaqlarımızın işğal edilməsi də Azərbaycanı zəiflətmək, parçalamaq istəyən qüvvələrin əməlləridir. Nardarandakı hadisə də göstərdi ki, bu qüvvələr daim iş başındadır və hər fürsətdə Azərbaycanda əmin-amanlığı pozmağa çalışırlar”.


M. İbrahimqızı qeyd edib ki, bu terrorun bir üzüdür: “Bu gün dünyada din pərdəsi adı altında siyasi oyunlar oynanılır, terror törədilir. Terrorun dini, milləti yoxdur. Azərbaycandakı ekstremist dini qruplar da eyni addımları ölkəmizdə atmağa çalışırlar. Məhz Nardaranın seçilməsi də bu kənddəki insanların dinə həssas yanaşmasından irəli gəlir. Lakin dövlətimiz bu cür cəhdlərin qarşısını həmişə alıb, indi də aldı. Əminəm ki, bundan sonra da alacaq”.


Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR