• USD 1,7000 0,00% EUR 2,0296 +0,12%
    • GBP 2,3669 -0,26% RUB 0,0235 +0,43%

Komitə sədrlərinin müavinləri seçildi - SİYAHI

  • Nida.az
  • 1 Dekabr 2015 14:54
  • 886 Baxış
Komitə sədrlərinin müavinləri seçildi - SİYAHI

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin komitə sədrlərinin müavinləri seçilib.

Publika.az-ın məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev olub.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə, Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev seçilib.

Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Xanlar Fətiyev, Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev seçilib.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR