Davudoğlu Azərbaycan bayrağını öpüb gözünün üstünə qoydu - FOTOLAR
Bizi izləyin

Nida.az

Davudoğlu Azərbaycan bayrağını öpüb gözünün üstünə qoydu - FOTOLAR

Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

Əhməd Davudoğlu Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub. Daha sonra o, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Report xəbər verir ki, Türkiyənin baş naziri, həmçinin Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Baş nazir burada Azərbaycan əsgərinin əlində tutduğu dövlət bayrağını öpərək alnına qoyub. Daha sonra Ə.Davudoğlu 1918-ci ildə Bakının daşnaklardan azad olunması uğrunda mübarizədə həlak olan türk əsgərlərinin abidəsinə baş çəkib və əklil qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm