• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

Xəzər dənizində sabitlik pozula bilər – rusiyalı ekspert

  • Nida.az
  • 4 Dekabr 2015 18:28
  • 1 526 Baxış
Xəzər dənizində sabitlik pozula bilər – rusiyalı ekspert

“Rusiya ilə Türkiyə arasında münasibətlər böhran vəziyyətindədir və bunun fonunda Cənubi Qafqazda proseslərin necə inkişaf edəcəyinə dair suallar yaranır. Fikrimcə, Moskva və Ankara arasında münasibətlər bundan sonra daha da kəskinləşəcəksə, Azərbaycan seçim qarşısında qalacaq. Hərçənd, rəsmi Bakı çətin situasiyalardan uğurla sıyrılıb çıxa bilir. Bu dəfə necə olacağı maraqlıdır”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.


Onun sözlərinə görə, Bakı və Ankara arasında münasibətlər yaxşıdır: “Hərçənd, hansısa məsələdə fikir ayrılığının olması istisna olunmur. Rusiya və Azərbaycana gəlincə, onlar Qarabağ məsələsində ciddi fikir ayrılığına malikdirlər. Hazırda Moskva daha çox İrəvanın tərəfini saxlayır, bu həm də Avrasiya İqtisadi İttifaqında təmsilçilikdən irəli gəlir. Bu baxımdan, Rusiya və Türkiyə münasibətlərinin necə inkişaf edəcəyi fonunda Bakının mövqeyi diqqət çəkir. İndiki halda Azərbaycan daha çox gözləmə mövqeyini tutur. Hər iki ölkə ilə əlaqə saxlayır və münasibətlərin normallaşmasını istəyir”.


V. Arkov əlavə edib ki, Ankara-Moskva gərginliyi Xəzər dənizində təhlükəsizliyə təsir edə bilər.


“Hazırda Xəzəryanı ölkələr təhlükəsizlik məsələləri ilə bağlı sıx əməkdaşlıq edir. Burada əsas razılıq xarici güclərin, ilk növbədə NATO-nun Xəzər regionuna girməsinə icazə verməməkdir. Lakin istisna deyil ki, vəziyyət dəyişə bilər və xarici oyunçular dəniz bölgəsinə girməyə cəhd edə bilərlər. Bu baş verərsə, bölgədə sabitlik ciddi şəkildə pozulacaq”, - deyə o bildirib.


Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR