Nida.az
Baş nazir SOCAR-da müşavirə keçirdi
Dekabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə SOCAR-da olub, “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar müşavirə keçirib.
Publika.az SOCAR-ın saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyevin, Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qəzanın aradan qaldırılması və itkin düşənlərin axtarışı ilə əlaqədar hesabatları dinlənilib, Baş nazirin sualları cavablandırılıb.
Azərbaycanın Baş naziri qəzanın aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir.
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı