Türkiyəli nazir Azərbaycan barədə: “Qardaş dediyin...” - VİDEO
Bizi izləyin

Nida.az

Türkiyəli nazir Azərbaycan barədə: “Qardaş dediyin...” - VİDEO

Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş Rusiya ilə yaşanan böhranı aradan qaldırmaq üçün Azərbaycanın göstərdiyi dəstəyi “qardaş dediyin belə olur” sözləri ilə ifadə edib.

Publika.az xəbər verir ki, M. Elitaş Azərbaycanın Türkiyə TIR-larının keçdiyi asanlaşdırmasını xatırladıb. Nazir Azərbaycana səfərləri zamanı əldə olunan razılaşmadan da danışıb.

“Türkiyə-Azərbaycan arasında nəqliyyat xərclərində 40 faiz endirim edildi. Bu endirim ən yaxın zamanda tətbiq olunacaq. Viza ilə bağlı problemlər var idi, onlar da düzələcək. Gömrük keçidlərində 40 faizlik endirim bu həftədən etibarən başlayacaq”, - deyə nazir bildirib.

M. Elitaş yaxın zamanlarda Türkiyənin Rusiyadan enerji asılılığının azalacağına da diqqət çəkib: “Qətər, Azərbaycan, Şimali İraq və digər ölkələrlə apardığımız danışıqlar nəticəsində önümüzdəki illərdə biz buna nail olacağıq.

“Azərbaycanda “Günəşli” yatağında təbii qaz xəttinin partlaması nəticəsində baş verən faciədən dərin kədər hiss keçiririk. Yaralılara Allahdan şəfa, həyatını itirənlərə rəhmət diləyirik. Azərbaycanın dostluğunu, qardaşlığını böhran yaranan ilk gündən hiss etdik”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm