Nida.az
BMT-nin baş katibi Azərbaycana dəvət edildi
Amerikanın Birləşmiş Ştatlarında rəsmi səfərdə olan Azərbaycan gənclər və idman naziri Azad Rəhimov BMT-nin baş katibinin müavini Yan Eliasson ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamabnı 28-30 oktyabr 2014-cü il tarixlərində Bakıda keçiriləcək ilk "Gənclər siyasəti üzrə Qlobal Forumu"na BMT-nin baş katibi Pan Gi Munun rəsmi dəvətini təqdim edib.
Səfər çərçivəsində nazir eyni zamanda BMT-nin Baş katibinin İctimai Əlaqələr və Məlumat üzrə müavini Piter Launski-Tieffenthalla görüş keçirib, Azərbaycan hökümətinin uğurlu gənclər siyasəti haqda məlumat verərək, bu modelin digər ölkələr üçün örnək ola biləcəyini qeyd edib. Görüş əsnasında Azərbaycanın BMT-nin müxtəlif qurumları, o cümlədən BMT Baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi ilə apardığı əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilib.
Bakıda keçiriləcək "Gənclər siyasəti üzrə Qlobal Forum"la bağlı hazırlıq görüşündə də iştirak edən nazir Forumun əhəmiyyətindən söz açıb. A.Rəhimov qeyd edib ki, Azərbaycanın gənclər sahəsində böyük təcrübəsi və uğurlarını nəzərə alsaq, gənclər siyasəti tarixində ilk dəfə olaraq keçiriləcək və dünya gənclər siyasəti ekspertlərini bir araya gətirəcək Qlobal Foruma məhz Azərbaycanın ev sahibliyi etməsi təsadüfi deyil.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə öz növbəsində, Foruma hazırlıq istiqamətində artıq görülmüş işlərdən söz açaraq, Forumun Bakıda yüksək səviyyədə keçirilməsi üçün bütün şəraitin yaradacılığını qeyd etdi. Tədbirdə, həmçinin BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi cənab Əhməd Əlhəndavi, BMT-nin İctimai məlumat şöbəsi və Avropa Şurasının nümayəndələri Maher Nasser və Rui Gomes də çıxış ediblər. Onlar Azərbaycan hökümətinin gənclər siyasətinə ayırdığı diqqəti xüsusilə vurğulayaraq, Azərbaycanın Foruma ev sahibliyi etmək təklifini dəstəklədiyi üçün öz təşəkkürlərini bildiriblər.
Əlavə məlumat üçün qeyd edək ki, bu "Gənclər siyasəti üzrə Qlobal Forum"la bağlı ikinci hazırlıq görüşüdür və görüşdə tədbir təşkilatçıları olan AR Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT Baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi, YUNESKO, Avropa Şurası və digər think-tank təşkilatının nümayəndələri iştirak edirdilər. İlk görüş 2013-cü ilin noyabr ayında Fransanın Strasburq şəhərində keçirilib.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!