Azərbaycanın iki naziri yəhudi idi - Fakt
Bizi izləyin

Nida.az

Azərbaycanın iki naziri yəhudi idi - Fakt

“İsrailin səsi” dövlət radiostansiyasının populyar “Günün aktual hadisələri” verilişində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (Azİz) Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan–tolerantlıqərazisi” adlı yeni layihəsi şərh olu

“İsrailin səsi” dövlət radiostansiyasının populyar “Günün aktual hadisələri” verilişində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (Azİz) Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan–tolerantlıqərazisi” adlı yeni layihəsi şərh olunub.


Publika.Az xəbər verir ki, “İsrailin səsi” radiostansiyasının aparıcısı İqor Moldavskinin suallarına cavab verən radiostansiyanın daimi şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert, “Azİz”in idarə heyətinin üzvü Arye Qut bildirib ki, Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və olacaq.

Qədim Azərbaycan torpağında islam, iudaizm, atəşpərəstlik, xristianlıqvə s. dinlər mövcud olub. Bu ölkədə in dinin özündə də yüksək tolerantlıq və dözümlülük vardır.Bel ə bir əhəmiyyətli tarixi fakt da var ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində səhiyyə və ərzaq nazirləri yəhudi xalqının nümayəndələri olublar ki, bu da Azərbaycanda tarix ən yəhudilərə bəslənilən münasibəti göstərir”.

Qeyd edilib ki, Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbə dünya da yəhudilərin sıx yaşadıqları yeganəvə nadir yerdir, həm də ölkənin əsl qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər.Onlar bir-birinə ümumi tarix və tale ilə bağlıdırlar.

A.Qut bildirib ki, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün yaşamasına baxmayaraq, Azərbaycan əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir.


Diqqətə çatdırılıb ki, bu layihənin həyata keçirilməsi və İsraildə “Azərbaycan – tolerantlıq ərazisi” sərgisinin nümayiş olunması Azərbaycanın tolerantlığın və multikulturalizmin təşviqinə yönəldilmiş siyasətinin bundan sonra da inkiş af etdiriləcəyinin əyani göstəricisidir.

“Azİz” Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə iki gün ə vvəl İsraildə Azərbaycanda tarixi tolerantlıq mövzusuna həsr olunmuş silsilə tədbirlərin keçirilməsi təşəbbüsü ilə çıxış dib. Birinci tədbir Kiryat Qatın meri vəzifəsini icra edən Yakov İfraimovun dəstəyiilə bu şəhərdəkeçirilib. Bu il İsrailin daha 10-dan artıq şəhərində oxşar tədbirlər keçiriləcək. Apreldə Neşer şəhərində, mayda Tirat-Karmeldə “Azərbaycan – tolerantlıq ərazisi” fotosərgisi açılacaq.Biz məhz bu layihənin köməyiilə İsrail xalqınag östərmək istəyirik ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və biz - Azərbaycandan gəlmələr İsraildə Azərbaycan diasporu kimi, bu tolerantlıqla qürur duyuruq. Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir”.

A.Qut “İsrailin səsi” dövlət radiostansiyası nın efirində şərhini belə yekunlaşdırıb: “Mənə elə bir müsəlman və xristian ölkəsi göstərin ki, orada Prezidentin və birinci xanımın himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilsin. Zənnimcə, belə bir ölkənin adını sadəcə çəkə bilməyəcəksiniz”.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm