Prezidentdən institut əməkdaşlarına təbrik
Bizi izləyin

Nida.az

Prezidentdən institut əməkdaşlarına təbrik

Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarına təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Sizi – Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarını institutunuzun 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və xalqımızın sağlamlığının qorunmasına yönəlmiş nəcib fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu yarandığı vaxtdan bəri ötən müddət ərzində nailiyyətlərlə dolu zəngin və şərəfli bir yol keçmişdir. İnstitutun təşəkkülündə böyük xidmətləri olmuş görkəmli alimlərin fədakar əməyi və işıqlı xatirəsi bu yubiley günlərində ehtiramla yad edilir. Onların yaratdıqları ənənələr və formalaşdırdıqları tibbi mühit respublikada səhiyyənin inkişafına misilsiz töhfədir.

Azərbaycanda müntəzəm surətdə gerçəkləşdirilən sosial yönümlü siyasət səhiyyə sisteminin müasirləşməsinə, onun maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsinə xidmət edir. Həkimlərin təkmilləşdirilməsi, ixtisaslarının artırılması və davamlı tibb təhsilinin təşkili sahəsində mötəbər mərkəz kimi tanınan institutunuz elmin və praktikanın ahəngdar vəhdətinə nail olmuşdur. İnstitut əməkdaşları həyata keçirdikləri tədqiqatlarla, beynəlxalq forumlarda səhiyyənin aktual problemlərinə dair çıxışları ilə Azərbaycan tibb elminin dünyaya inteqrasiyasına təkan verirlər.

Əmin olduğumu bildirirəm ki, səhiyyə sahəsində ölkəmiz qarşısında dayanan vəzifələrin layiqincə yerinə yetirilməsində siz bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm