Nida.az
2016-cı ildə Qarabağda müharibə: Moskva cəbhədə...
“2015-ci ildə Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsi boyunca gərginliyin yüksək həddə çatması müşahidə olundu. Ekspertlər ehtiyat edirlər ki, 2016-cı ildə “dondurulmuş” münaqişə ocağı oyana bilər”.
Publika.az xəbər verir ki, bunu Avstriyanın “Der
Standard” qəzetinin siyasi icmalçısı Markus Bernat yazıb.
Müəllif qeyd edir ki, hər iki ölkənin müharibə həddinə gəldiyi
müşahidə olunur: “Gündəlik toqquşmalar nəticədə müharibəni başlada
bilər. Hər halda buna böyük ehtimal var. Çünki artıq cəbhə xəttində
ağır artilleriya ilə düşüb, iriçaplı silahlardan atəş açılır”.
Prezidentlərin Bern görüşünə toxunan M. Bernat qeyd edir ki,
tərəflər barışıqdan uzaqdırlar.
“ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa
Ermənistan və Azərbaycanın əvvəlki kimi onların vasitəçiliyində
maraqlı olduqlarını düşünürlər. Vasitəçilərin bu triosunda ən
parlaq iştirakçı məhz Rusiyadır. Lakin erməni siyasətçilər böyük
rus qardaşlarına hazırda inanmır. Halbuki Avropa Birliyindən imtina
edən Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşuldu. Amma yenə də
ermənilər müharibə başlayacağı təqdirdə Rusiyanın İrəvanın
arxasında dayanacağına şübhə lilə yanaşırlar”, - deyə müəllif
bildirir.
M. Bernat sonda ən təhlükəli iddianı ortaya qoyur. Onun fikrincə,
Rusiya Qarabağda müharibəni başlada bilər: “Moskva əvvəlki illərin
təcrübəsinə söykənərək, Dağlıq Qarabağda müharibəni başlaya və
bundan öz strateji xeyrini götürə bilər”.
Asif Nərimanlı
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO








.jpg)


.jpg)

.jpg)










.jpg)














