Vurulmuş təyyarənin pilotu danışdı - SON DƏQİQƏ
Bizi izləyin

Nida.az

Vurulmuş təyyarənin pilotu danışdı - SON DƏQİQƏ

Vurulmuş təyyarənin pilotu danışdı

Suriya Xəbər Agentliyi SANA, türk hava sahəsini pozarkən türk döyüş təyyarələri tərəfindən vurulmuş Suriya döyüş təyyarəsinin paraşütlə tullanaraq xilas olan pilotunun xəstəxanada çəkilən təsvirlərini yayıb.

Publika.Az xəbər verir ki, səhhətinin yaxşı olduğunu ifadə edilən pilot, vurulduğu vaxtTürkiyə sərhədindən 7 kilometr içəridə olduğunu iddia edib.

Pilot türk döyüş təyyarələri tərəfindən özünə mərmi atıldığı vaxt Suriya torpaqları içindəki Keseb ətrafında terroristlərə qarşı vəzifə icra etməkdə olduğunu iddia edib..

Fotoşəkili yayılsa da, adı açıqlamayan pilot, vurulduğu sırada terrorist hədəflərlə vizual təmas qurduqdan sonra bazaya geri dönmək üzrə manevr etdiyini söyləyib.

İran, Suriya təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə iki ölkə arasında çıxan gərginlikdən qayğı duyduqlarını açıqlayıb.

İran Xarici işlər nazirinin müavini Hüseyn Əmr Abdullahian, iki ölkəni 'soyuqqanlı' olmağa çağırıb. Abdullahian, "Hərbi yanaşmalar, problemin həlli üçün kömək edə bilməyəcəyi kimi vəziyyəti daha da qəlizləşdirəcək" deyə açıqlama verib.

Suriya böhranının siyasi üsullarla həll edilməsi üçün Tehran və Ankara arasındakı dialoqun ciddiliklə davam etdiyini xatırladan Abdullahian, İran və Türkiyənin terrorizmlə mübarizə mövzusunda qərarlı olduqlarını qeyd edib.

Xatırladaq ki, Suriya-Türkiyə sərhədi yaxınlığında yaraqlılarla hökumət qüvvələri arasında gedən güclü döyüşlər zamanı Türkiyə Suriya qırıcı təyyarəsini vurub.

Türkiyə baş naziri Rəcəb Təyyip Ərdoğan deyib ki, Suriya təyyarəsi Türkiyənin hava məkanını pozub. Suriya Televiziyasının bildirdiyinə görə, təyyarə Suriya ərazisində üsyançıları təqib edirdi.

Suriyada bir hərbi mənbənin məlumatına görə, pilot xilas olmağa müvəffəq olub. Hərbi sözçü Türkiyənin bu addımını "açıq təcavüz" adlandırıb.

Ərdoğan Suriyaya xəbərdarlıq edib ki, Türkiyənin hava məkanı bir daha pozulsa, cavab ağır olacaq.Suriya üsyançıları və hökumət qüvvələri 3 gündür Suriyanın Latakiya vilayərindəki Kasab sərhəd keçid məntəqəsinə nəzarəti ələ keçirmək uğrunda döyüşürlər.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm