Əli Həsənov: "Azərbaycan bu vəziyyətdən çıxacaq"
Bizi izləyin

Nida.az

Əli Həsənov: "Azərbaycan bu vəziyyətdən çıxacaq"

“Qarşıdan gələn il o qədər də asan olmayacaq. Bilirsiniz ki, son dövrdə dünyada və xüsusən dünyanın neft bazarında yaşanan proseslər, neft bazarındakı konyektura, əsas neft ölkələri kimi, Azərbaycanın da qarşısında müəyyən problemlər yaradıb”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dekabrın 25-də fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən mərasimdə çıxışında deyib.

Ə.Həsənov bildirib ki, buna baxmayaraq, Azərbaycan bu vəziyyətdən də çıxacaq: “Bu vəziyyətdən çıxmaq istiqamətində mühüm dövlət proqramları mövcuddur”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin əsasında Azərbaycan vətəndaşı və onun inkişafı, dövlətin müdafiəsi və mühafizəsi dayanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm