“Qarabağ” bloku tarixə qovuşdu
Bizi izləyin

Nida.az

“Qarabağ” bloku tarixə qovuşdu

Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyasının təsis etdiyi “Qarabağ” blokunun fəaliyyətinə xitam verilib.


Bu barədə Publika.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.


Onun sözlərinə görə, blokun fəaliyyəti 2015-ci ilin parlament seçkilərində faktiki olaraq dayanmışdı: “Ümid Partiyası seçkiyə “125-lər” klubu ilə blok şəkilində getmək qərarına gəldi. Bir çox dairələrdə Ümid bizim namizədlərə alternativlər irəli sürdü. Şəxsən mən 21-ci dairədən namizədliyimi vermək istəyirdim, Ümid alternativ göstərdi. İqbal Ağazadə mənə söz göndərdi ki, namizədliyimi həmin dairədən verməyim. Sonra 9-cu dairəni seçdim. Bu onu göstərirdi ki, biz əməkdaşlıq yox, rəqabət müstəvisinə keçmişik. Belə olan halda necə bir-birimizə dəstək verə bilərdik, yaxud eyni blokda qala bilərdik”.


S. Cəlaloğlu qeyd edib ki, “Qarabağ” bloku qarşıya qoyulan məqsədlərə nail oldu: “Sonradan blokun fəaliyyətinə heç bir ehtiyac qalmadı və qərara gəldik ki, ona xitam verək. Bu qərar Ümid Partiyası ilə razılaşdırılmış şəkildə verilib”.


ADP sədri bundan sonra Ümid Partiyaqsı ilə hər hansı blok təsis etmək niyyətində olmadıqlarını bildirib: “Digər partiyalara gəlincə, hələlik ortada hansısa fikir, təşəbbüs yoxdur. Ümumilikdə hesab edirəm ki, müxalifət partiyaları fəaliyyətlərini koordinasiya edərək həyata keçirməlidir. Amma hazırda elə bir siyasi şərait görünmür”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm