Razi Nurullayev Əli Kərimlidən şikayət etdi
Bizi izləyin

Nida.az

Razi Nurullayev Əli Kərimlidən şikayət etdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Razi Nurullayevin rəhbərlik etdiyi qanadı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.


Publika.az xəbər verir ki, oktyabrın 18-də keçirilən AXCP Etimad Qurultayının nəticələri ilə bağlı 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edilmişdi. Məhkəmə işi icraata götürmədiyi üçün R. Nurullayev Apelyasiya məhkəməsinə müraciət edib.


Qeyd edək ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP sentyabrın 27-də, R. Nurullayevin rəhbərlik etdiyi AXCP isə oktyabrın 18-də qurultay keçirib. Hər iki tərəf qurultayın nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik tərəflərə məsələni aydınlaşdırmaq üçün məhkəməyə müraciət etməyi tövsiyə edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm