• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

Rusiyalı ekspert: “2016-cı il Qarabağ üçün mühüm il olacaq”

  • Nida.az
  • 6 Yanvar 2016 16:30
  • 1 915 Baxış
Rusiyalı ekspert: “2016-cı il Qarabağ üçün mühüm il olacaq”

“2016-cı il Dağlıq Qarabağ münaqişəsi üçün əhəmiyyətli dövrlərdən biri olacaq”.


Publika.az xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə rusiyalı ekspert Sergey Markedonov deyib.


Onun sözlərinə görə, ümumi siyasi mənzərə 2015-ci ildəki problemlərin bu il də davam edəcəyini deməyə əsas verir: “Hazırda post-sovet məkanında ən kəskin münaqişə kimi Ukrayna ön plana çıxır. Ukraynadan sonra ikinci kəskin münaqişə Dağlıq Qarabağdır. İstənilən hərəkət, yaxud təxribat burada müharibəyə səbəb ola bilər”.

Ekspert əlavə edib ki, Ukraynada üz-üzə gələn Qərblə Rusiyanın Dağlıq Qarabağ məsələsində maraqlı razılığı müşahidə olunur: “Hər iki güc münaqişənin Minsk qrupu çərçivəsində həllinə tərəfdardır. Lakin təmas xəttindəki gərginlik narahatlıq doğurmaya bilməz. Ötən ilin dekabrında prezidentlərin görüşündən sonra da bu gərginlik azalmadı. Hesab etmirəm ki, bütün bunlara rəğmən, Rusiya ilə Qərb münaqişənin həlli üçün yüksək sıçrayış etsinlər. Amma Rusiya-Türkiyə qarşıdurmasından sonra Qarabağda da vəziyyət xeyli pisləşib. Bu baxımdan düşünürəm ki, 2016-cı il bu münaqişə üçün də əhəmiyyətli il olacaq”.


Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR