Nida.az
İlham Əliyev Azərbaycanı narahat edən məqamlardan danışdı
“2015-ci ildə dünyada siyasi, iqtisadi və hərbi böhran daha da dərinləşib, qanlı toqquşmalar davam edib. Keçən il Rusiya və Türkiyə münasibətləri gərginləşdi. Hər iki ölkə Azərbaycanla yaxın qonşudur və vəziyyət arzuedilən deyil. Son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsi də ölkəmizi narahat edir. Bu vəziyyət müsəlman aləmində baş verən hadisələrə təsir göstərir”.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insan həlak olub, milyonlarla insan qaçqın və köçkün vəziyyətinə düşüb:
“Vaxtilə ölkəmiz də bu problemlərlə üzləşib, lakin daxili resurslar hesabına vəziyyətdən çıxıb, qaçqınların həyatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər görülüb. Hazırda qaçqınların üz tutduğu Avropada radikal meyllər, islamafobiya meyllərinin güclənməsi müşahidə olunur. Dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıq Azərbaycanı da narahat edir. Ölkəmiz bu təhlükəli meyllərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracaq”.
Prezident İlham Əliyev deyib ki, 2015-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran vəzifələr icra olunub:
“Ötən il mən 20 ölkəyə, 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər edib. Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq”.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!