Bayram Səfərov: “Çox işləri ölkə prezidentinin üzərinə atırıq”
Bizi izləyin

Nida.az

Bayram Səfərov: “Çox işləri ölkə prezidentinin üzərinə atırıq”

“Ermənilər iki əsrdən çoxdur ki, azərbaycanlılara qarşı təxribatlar törədir”.

Bunu Publika.az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycan əleyhinə təxribat kampaniyaları hələ də davam edir. B.Səfərov deyib ki, erməni təxribatına qarşı tutarlı cavab vermək üçün Azərbaycan xalqı ayıq-sayıq olmalıdır və ölkə Prezidentinin ətrafında sıx birləşməlidir: “Hər birimiz bir olub, dövlətimizin və millətimizin qeyrətini çəkməliyik, ermənilərə tutarlı cavab verməliyik. Çünki indi ədalətsiz dünyada yaşayırıq. Çox çətin dövrdəyik. Ona görə Azərbaycanın uğurlu siyasəytinin başında dayanan liderimiz, möhtərəm Prezidentimizə belə çətin zamanda kömək etməliyik və onun ətrafında sıx birləşməliyik. Bizim ayrı çıxış yolumuz da yoxdur. Heç kəs düşünməsin ki, kimsə bizə gəlib kömək edəcək, bizi müdafiə edəcək və sairə. Biz özümüz özümüzü müdafiə etməliyik. Tarix də göstərir ki, Avropa bizim sözümüzü erməni lobbisindən daha az eşidir. Çünki onları əsas maraqlandıran puldur. Hətta, onların bəziləri bunu açıq şəkildə bəyan edirlər. Ona görə də ermənilər Avropada və Amerikada daha fəal və sərbəst işləyirlər. Çünki ermənilərin Qərbdə güclü lobbisi var. Ən əsası da ermənilər mütəmadi olaraq çalışırlar. Misal üçün, biz bir qədər sakitçilik olan kimi arxayınlaşırıq. Yaxud da çox işləri ölkə Prezidentinin üzərinə atırıq və cənab Prezident də bütün bu işləri öz gücünə həyata keçirir. Ancaq biz də ölkə Prezidentinə dəstək olmalıyıq, onun ətrafında sıx birləşməliyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm