Rövşən Rzayev: “Obama ilə Əliyev arasında yaxşı münasibətlər var”
Bizi izləyin

Nida.az

Rövşən Rzayev: “Obama ilə Əliyev arasında yaxşı münasibətlər var”

“ABŞ prezidenti Barak Obama ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında çox gözəl işgüzar münasibətlər mövcuddur”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, iki ölkənin lideri Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafı ilə bağlı məsələləri müzakirə edə biləcəklər. R.Rzayev deyib ki, indiki məqamda bu cür addımların atılması çox vacibdir: “Hesab edirəm ki, bu çox əhəmiyyətli görüş olacaq”.

ABŞ və Azərbaycan arasında sanksiyaların gündəmə gəlməsi məsələsinə də toxunan R.Rzayev qeyd edib ki, bu kimi məsələlərin iki ölkə liderinin görüşünə ciddi təsiri olmayacaq: “Əgər ABŞ Konqresi ədalətə daha çox diqqət yetirsə, o zaman həmin sanksiyaları heç zaman qəbul etməz. Çünki Azərbaycana qarşı terror aktları törədən, ərazilərimizi hələ də işğal altında saxlayan məhz Ermənistandır. Konqresmen Kris Smit də Azərbaycana qarşı həmin sənədi məhz erməni lobbisinin təsiri altında hazırlayıb. Bu, mənim qəti fikrim və mövqeyimdir”.

Xatırladaq ki, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Azərbaycanın yüksək vəzifəli məmurlarına sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayaraq, Konqresə təqdim edib. “Azərbaycan Demokratiya aktı” adlı sənəd Milli Məclisin son iclasında sərt şəkildə tənqid edilib.

2015-ci il dekabrın 29-da keçirilən Milli Məclisin plenar iclasında isə deputat Rövşən Rzayev tərəfindən “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qərar layihəsi təqdim olunub. R.Rzayev qərar layihəsinin Milli Məclisin müvafiq komitələrində müzakirəyə çıxarılmasını da xahiş edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm