Qarabağ məsələsi AŞPA-nın gündəliyinə salındı
Bizi izləyin

Nida.az

Qarabağ məsələsi AŞPA-nın gündəliyinə salındı

Dağlıq Qarabağ münaqişəsi yanvarın 26-da AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılacaq.


Publika.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında yayılıb.


Məlumatda qeyd olunur ki, sessiyanın gündəliyə salınmış məsələləri sırasında “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginlik”, həmçinin, “Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilir” məruzələri dinləniləcək.


Qeyd edək ki, birinci məruzənin müəllifi Britaniyadan olan deputat Robert Uolter, ikinci məruzəninki isə Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçdir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm