“Prezidentin açıqlamaları hər şeyin yoluna düşəcəyinə əminlik yaradır”
Bizi izləyin

Nida.az

“Prezidentin açıqlamaları hər şeyin yoluna düşəcəyinə əminlik yaradır”

“Prezident İlham Əliyevin keçirdiyi müşavirə göstərdi ki, bütün proseslər diqqət mərkəzindədir və hökumət qarşısına qoyula vəzifələrin icrasına birbaşa birinci şəxs nəzarət edir”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc Prezident İlham Əliyevin bu gün keçirdiyi iqtisadi müşavirə haqda danışarkən bildirib.


Onun sözlərinə görə, son dövrlər tək Azərbaycanda deyil, istənilən ölkədə mənfi tendensiyalar yaranıb: “Dayanıqlı iqtisadiyyata malik olan ölkələr belə çətin günlər yaşayır. Misal üçün, bu gün ABŞ-ın özündə birjalar çökdü. Bir neçə gün öncə illik inkişafı yeddi rəqəmdən yüksək olan Çində oxşar proseslər yaşandı. Təkcə neft ölkələrində deyil, qardaş Türkiyənin də həyatında iqtisadi çətinliklər yaşanır. Bütün bunlara baxmayaraq, əsas olan hökumətin fəal şəkildə işləməsi, cəmiyyətin önünə çıxması, tədbirlər görməsi, müxtəlif maliyyə qərarları və bank sektoru haqda qərarların verilməsi, inhisarçılığın aradan qaldırılması kimi ciddi addımlar atmasıdır. Azərbaycanda hökumət məhz bu prosesi həyata keçirdir”.


Z. Oruc əlavə edib ki, dövlət başçısı müşavirədə ən azı üç mühüm vəzifəni qarşıdakı dövr üçün müəyyənləşdirdi.


“Birincisi, bank sektorunda yaranmış vəziyyətin dərhal həll olunması, ikincisi özəlləşdirmə, üçüncüsü isə insanların sosial rifahının yüksəldilməsi. Dövlət başçısının sərəncamı ilə müəllimlərin əmək haqlarının artırılması, şəhid ailələri və köçkünlərlə bağlı verilən qərarlar sübut etdi ki, Azərbaycan dövləti ölkədə sabitliyin qorunması, həmçinin, ölkə əhalisinin yüksək səviyyədə yaşayışı üçün işləyir və bunu reallaşdırmaq iradəsindədir”, - deyə o bildirib.


Milli Məclisin üzvü verilən qərarlar əsasında qısa zamanda manatın kursunun sabitləşəcəyinə, maliyyə-iqtisadi sferada əmin-amanlığın olacağına əsas yaradacağını diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm