GUAM-ın baş katibi Moldovanın Ukraynadakı səfiri ilə görüşüb
Bizi izləyin

Nida.az

GUAM-ın baş katibi Moldovanın Ukraynadakı səfiri ilə görüşüb

Moldovanın Ukraynadakı səfiri Ruslan Bolboçan Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın – GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.

Görüşdə tərəflər qurumda işlərin cari vəziyyəti, habelə GUAM çərçivəsində əməkdaşlığın inkişafının perspektivləri və əsas istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Bütün ölkələrin mənafeyinə uyğun, praktiki nəticəyə tuşlanmış daha sürətli inkişafın vacibliyi və zəruriliyi vurğulanıb. Qeyd edilib ki, GUAM regionunda və onun ətrafında vəziyyət, yeni regional və beynəlxalq təşəbbüs və layihələr qurumun GUAM və GUAM+ formatlarında potensialından daha dolğun istifadə olunmasına kömək edir.

Tərəflərin GUAM-ın işçi orqanlarının, o cümlədən Katibliyinin və Daimi Səlahiyyətli Nümayəndələr Şurasının fəaliyyətinin genişləndirilməsinin və səmərəliliyinin artırılmasının zəruriliyi barədə fikirləri üst-üstə düşüb.

Sıx qarşılıqlı fəaliyyət barədə razılaşma əldə olunub, GUAM-ın baş katibinin yaxın vaxtda Moldovaya nəzərdə tutulan işgüzar səfəri müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm