• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

XİN: Erməni fermerlərin İrana səfəri barədə məlumat yalandır

  • Nida.az
  • 21 Yanvar 2016 09:56
  • 684 Baxış
XİN: Erməni fermerlərin İrana səfəri barədə məlumat yalandır

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin 2015-ci ilin oktyabr ayında İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə Ermənistan kütləvi informasiya vasitələrində məlumat verilib.

XİN-nin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə bu məlumat araşdırılıb.

İranın Azərbaycandakı səfirliyindən Xarici İşlər Nazirliyinə ünvanlanmış cavab notasında qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbərin həqiqəti əks etdirmədiyi bildirilib və Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR