İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşdü - FOTOLAR
Bizi izləyin

Nida.az

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşdü - FOTOLAR

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi qeyd edildi, bu baxımdan “Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyəti vurğulandı. Həmçinin “Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşdırıldığı qeyd olundu, bu layihənin həyata keçirilməsinə Avropa Komissiyası tərəfindən tam dəstəyin göstərildiyi bildirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm