Bu gün AŞPA-nın qış sessiyası başlayır
Bizi izləyin

Nida.az

Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti - qış sessiyası başlayır.

"Report" xəbər verir ki, sessiya çərçivəsində Azərbaycan üzrə iki hesabat müzakirə ediləcək.

Yanvarın 26-da Robert Uolterin (Britaniya) "Dağlıq Qabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik", Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin "Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər" hesabatları müzakirəyə çıxarılacaq.

Sessiya çərçivəsində Bolqarıstan prezidenti Rosen Plevneliyevin də çıxış edəcəyi gözlənilir.

Deputatlar Avropada mühacir problemi, Suriya və İraqdakı əcnəbi silahlılar, Avropa Şurasına üzv ölkələrdə insan haqlarının müdafiəsinin möhkəmlənməsi məsələlərini də müzakirə edəcək. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri də seçiləcək.

Sessiya yanvarın 29-da başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm