Nida.az
Minsk qrupunun gizli sövdələşməsi: AŞPA-da görünməmiş saxtakarlıq - DETALLAR
“Avropa Şurasının Parlament Assambleyasında görünməmiş
saxtakarlıq baş verdi”.
Bu barədə Publika.az-a açıqlamasında hazırda
Strasburqda olan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü
Fazil Mustafa deyib.
F. Mustafa sessiyanın gedişində Ermənistanın işğalçılıq siyasətini əks etdirən qətnamələrin müzakirəsi haqda məlumat verib: “Volterin və Markoviçin məruzəsi müzakirəyə çıxarıldı. Volter Böyük Britaniya parlamentinə seçilmədiyinə görə onun məruzəsini ermənilərin dəstəkçisi sayılan Yansen təqdim edirdi. Volterin məruzəsi Dağlıq Qarabağ və sərhədyanı bölgələrdə vəziyyətin gərginləşməsi ilə bağlı idi və Avropa Şurasının rəhbərliyi Minsk qrupu ilə gizli şəkildə sövdələşərək, bu qətnamənin qəbulunu əngəllədilər”.
F. Mustafa qeyd edib ki, iclası AŞPA-nın prezidenti Aqramunt
aparsa da, səsvermə yaxınlaşanda qəfildən onu çağırıblar: “Yerinə
vitse-prezident keçdi. Səsvermənin gedişində hələ nəticəni görməmiş
bildirdi ki, 24 nəfər iştirak etmədiyinə görə səsverməni uzadırıq.
Nəticədə, Volterin məruzəsi 66 lehinə, 70 əleyhinə rədd edildi. İki
faktı deyim ki, Azərbaycan nümayəndə heyətindən çıxışa yazılmış 6
nəfərdən yalnız Rəfail Hüseynova söz verdilər. Aldığımız dəqiq
məlumata görə, Polşa və başqa ölkələrdə hətta din xadimləri
deputatları çağırıb xristian ermənilərə dəstək verməyənlərin ifşa
olunacaqlarını bildiriblər. Volterin məruzəsi siyasi xarakterli
olduğuna görə və işğalı birmənalı vurğuladığına görə Avropa
dövlətləri ciddi lobbiçilik göstərərək, qətnamənin qəbul
olunmasının qarşısını aldılar”.
Deputat bildirib ki, Sərsəng su anbarı ilə bağlı Markoviçin
məruzəsində de işğalla bağlı müddəalar yer alırdı, ancaq mahiyyətcə
ekoloji xarakterli sənəd idi: “Ona görə də balansı saxlamaq üçün
ikinci sənədə birinci qədər sərt əngəl yaratmadılar. Markoviçin
hazırladığı qətnamə 98 lehinə, 71 əleyhinə olmaqla, səs çoxluğu ilə
qəbul edildi. Hər halda, ermənilərin işğalçılığını təsdiqləyən belə
bir sənədin qəbul olunması da bu şərtlərdə müsbət addım sayıla
bilər”.
F. Mustafa azərbaycanlı deputat Sahibə Qafarovanın AŞPA-nın
komitə sədri seçilməsini müsbət addım adlandırıb.
“AŞPA-nın bu sessiyasında müsbət hadisələrdən biri də hörmətli
xanım millət vəkilimiz Sahibə Qafarovanın Miqrasiya, qaçqınlar və
məcburi köçkünlər komitəsinin sədri seçilməyi oldu. Qeyd edim ki,
AŞPA tarixində ilk dəfədir ki, Azərbaycan nümayəndə həyətinin üzvü
komitəyə sədr seçilir”, - deyə o diqqətə çatdırıb.
Asif Nərimanlı
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?