“Mənə şər- böhtan atmaqla ...” – Elmar Vəliyevin oğlu danışdı - ÖZƏL
Bizi izləyin

Nida.az

“Mənə şər- böhtan atmaqla ...” – Elmar Vəliyevin oğlu danışdı - ÖZƏL

“Mənə şər böhtan atmaqla heç nə əldə edə bilməzlər” – Elmar Vəliyevin oğlu DANIŞDI - ÖZƏL

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev mətbuatda barəsində yazılanlara münasibət bildirib.

E.Vəliyev Publika.Az-a eksklüziv açıqlamasında deyib ki, yazılanlar tamamilə yalan və cəfəngiyatdır: “Mən avtomobil kortejində gəzmirəm, mühafizəçilərim yoxdur və bu barədə yazılanlar tamamilə cəfəngiyatdır. Bu cür xəbərləri yaymaqla, mənə şər böhtan atmaqla heç nə əldə edə bilməzlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və dəstəyi ilə Gəncədə böyük quruculuq və abadlıq işləri həyata keçirilir, yeni infrastruktur yaradılır, şəhər özünün intibah dövrünü yaşayır. Bununla yanaşı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Hər bir gənc bu siyasətin uğurlarından faydalanır və yaradılmış geniş imkanlardan səmərəli istifadə etməyə çalışır. Mən də saf əqidəmlə, amalımla Vətənimizə, xalqımıza, dövlətçiliyimizə şərəflə xidmət edirəm. Məqsədim dəyərli töhfələrimlə gənclərə göstərilən etimadı şərəflə doğrultmaqdır”.

Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin bugünkü sayında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev haqqında geniş yazı dərc olunub. Yazıda Milli Məclisin işçisi olan Elmir Vəliyevin bahalı maşınlardan ibarət karvanın və silahlı mühafizəçilərin müşayiəti ilə hərəkət etməsi, bahalı AA, AO və AZ seriyalı avtomobillərdə gəzməsi qeyd olunur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm