Deputat: Prezidentin bəyanatı ermənilərin havadarlarına bir mesajdır
Bizi izləyin

Nida.az

Deputat: Prezidentin bəyanatı ermənilərin havadarlarına bir mesajdır

Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının indiki Ermənistan torpaqlarına qayıdacağı ilə bağlı bəyanatı tam əsaslıdır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə Azətbaycan vətəndaşlarının tarixi yurdu olan indiki Ermənistan ərazilərinə qayıdacağı ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev bu bəyanatı dəfələrlə səsləndirib: "Cənab Prezident bu bəyanatı birinci dəfə səsləndirmir. Prezident İlham Əliyev bunu Avropa Şurasında və digər beynəlxalq qurumlarda da dəfələrlə səsləndirib ki, biz torpaqlarımızda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Yəni bu, xarici qüvvələrə bir mesajdır ki, ermənilər sizin köməkliyinizlə bizim dədə-baba torpaqlarımızda bir dövlətə malikdir. Prezident gənclərlə görüşündəki çıxışında da haqlı olaraq dedi ki, biz təkcə bu gün işğal altında olan torpaqlarımızı işğaldan azad etməklə kifayətlənməyəcəyik, eyni zamanda azərbaycanlılar tarixi dədə-baba yurdumuz olan indiki Ermənistan ərazisinə da qayıdacaq. Və cənab Prezident bunu gənclərimiz qarşısındakı çıxışında əminliklə qeyd etdi".

Deputat bildirib ki, bu sözü demək üçün Prezident İlham Əliyevin kifayət qədər əsası var: "Çünki torpaq bizimdir, çünki biz bu gün güclüyük, işğal olunmuş torpaqlarımızı geri qaytaracağımıza əminik və ümidimiz var. Azərbaycanda daxili sabitlik mövcuddur, Azərbaycan güclü orduya malikdir və ən əsası, biz haqqın, ədalətin tərəfindəyik. Biz cənab Prezidentin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik, doğma yurd-yuvamıza qayıdacağıq və Ermənistandakı tarixi yerlərimizdə də daimi yaşamaq üçün qayıdacağıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm