• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

Cəlal Əliyev I Fəxri Xiyabanda dəfn olunacaq (YENİLƏNİB)

  • Nida.az
  • 1 Fevral 2016 10:53
  • 1 640 Baxış
Cəlal Əliyev I Fəxri Xiyabanda dəfn olunacaq (YENİLƏNİB)

Akademik Cəlal Əliyev vəfat edib.

APA-nın məlumatına görə, akademik uzun sürən xəstəlikdən sonra fevralın 1-də saat 03.00 radələrində 88 yaşında dünyasını dəyişib.

Cəlal Əliyevlə vida mərasimi bu gün saat 14.00-da AMEA-nın əsas binasında olacaq. Artıq bununla bağlı binada hazırlıq işlərinə başlanılıb.

***

Akademik Cəlal Əliyev I Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə APA-ya AMEA-dan məlumat verilib.

Akademiklə vida mərasimi isə AMEA-nın "Dairəvi zalı"nda saat 14.00-da başlayacaq.

C. Əliyev prezident İlham Əliyevin əmisidir.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

Hazırda AMEA-nın Rəyasət Heyətinin üzvüdür.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

Azərbaycan Milli Məclisinin deputatı olub.

"İstiqlal" ordeni ilə təltif edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR