Milli Məclis komitələrinin tərkibi yenidən formalaşdı
Bizi izləyin

Nida.az

Milli Məclis komitələrinin tərkibi yenidən formalaşdı

Milli Məclisin bu gün keçirilən plenar iclasında komitələr yenidən formalaşıb.

Publika.az-ın məlumatına görə, Milli Məclisin bir komitəsində təmsil olunan deputatlar digər komitələrdə də təmsil olunmaq üçün müraciət ediblər və bunun əsasında həmin qurumların tərkibinə yenidən baxılıb.

Bununla da Məlahət İbrahimqızı və Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Xanlar Fətiyev və Vüsal Hüseynov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mirzəcan Xəlilov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Fuad Muradov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Cavanşir Paşazadə Aqrar siyasət komitəsinin, Sevinc Hüseynova və Musa Quliyev Əmək və sosial siyasət komitəsinin üzvü olublar.

Bundan başqa, Ülviyyə Ağayeva, Sona Əliyeva, Elşad Həsənov və Asim Mollazadə Elm və təhsil komitəsinin, Aqil Abbas, Əflatun Amaşov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ziyad Səmədzadə və Mixail Zabelin Mədəniyyət komitəsinin, Bəxtiyar Əliyev, Araz Əlizadə, Sahibə Qafarova, Tahir Mirkişili və Elman Nəsirov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Kamilə Əliyeva, İlham Məmmədov və Sədaqət Vəliyev Səhiyyə komitəsinin tərkibinə daxil ediliblər.

Xatırladaq ki, Milli Məclisin bu yaxınlarda daxili nizamnaməsinə edilən dəyişikliyə əsasən bir deputat eyni zamanda iki komitənin üzvü ola bilər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm