Zahid Orucdan çağırış: “Çingiz Abdullayev vəzifəsindən getsin”
Bizi izləyin

Nida.az

Zahid Orucdan çağırış: “Çingiz Abdullayev vəzifəsindən getsin”

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Zahid Oruc yazıçı Çingiz Abdullayevin mətbuata verdiyi “4 uşaq atasını necə işdən çıxardım?” açıqlamasına etirazını bildirib.

Publika.az-ın məlumatına görə, deputat Z.Oruc deyib ki, Çingiz Abdullayevin bu cür fikirlər söyləməsi normal deyil: “Çingiz müəllim detektiv janrda əsərlərinin tirajı milyonu keçən tanınmış yazardır. O, bu yaxınlarda “4 uşaq atasını necə işdən çıxardım?” deyə çağırış etmişdi. Məncə, Çingiz müəllim mənim bu sözümdən inciməz. Çingiz Abdullayevin özü 4 vəzifə daşıyır. O qələm adamlarındandır ki, öz kitabları ilə yaxşı yaşaya bilər. Çingiz müəllimin bu açıqlaması özünə də, bəzi millət vəkillərinə də, məmurlara da aiddir. Heç kimə sirr deyil ki, nazir gedib auditoriyada dərs deyə bilməz. Qoy Çingiz müəllim başlasın, tutduğu vəzifələrdən imtina etsin, digərləri də bu prosesi davam etdirsin”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm