Siyavuş Novruzov: “Hərəsinin 4-5 cangüdəni, bahalı avtomobili var”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Hərəsinin 4-5 cangüdəni, bahalı avtomobili var”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməsini təklif edib.

Publika.az-ın məlumatına görə, YAP-çı deputat bir sıra siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı vermədiklərini də diqqətə çatdırıb: "Təəssüf ki, partiyaları buna məcbur etmək mexanizmi qanunda nəzərdə tutulmayıb. Bu da qeyri-şəffaflıq yaradır. Yaxud da bir səhifə ağ kağız göndərir ki, onun maliyyə dövriyyəsi ümumiyyətlə yoxdur. Lakin baxanda görürsən ki, hər birinin aparatında onlarla işçi çalışır, hər bir sədrin 4-5 cangüdəni var və bahalı avtomobillərdə gəzir. Sual olunur ki, gəlir və ya çıxar yoxdursa, qaranlıq mənbələr nədən ibarətdir?! Bu baxımdan, "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməlidir".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm