Rəsmi Bakı həmsədrlərin fəaliyyətsizliyini ifşa edir
Bizi izləyin

Nida.az

Rəsmi Bakı həmsədrlərin fəaliyyətsizliyini ifşa edir

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işini həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri AŞPA-da Ermənistanın işğalçılıq siyasətini ifşa edən qətnaməyə qarşı çıxmaqla özünü də ifşa etmiş oldu.

Publika.az
xəbər verir ki, britaniyalı deputat Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı qətnamə AŞPA-ya müzakirəyə çıxarılarkən, Minsk qrupunun həmsədrləri qurumun rəhbərliyinə müraciət edərək, bu sənədin qəbulunun danışıqlar prosesinə mənfi təsir edəcəyini iddia edib. Təbii ki, məqsəd heç də danışıqlar prosesi yox, daha fərqli idi.

Birincisi, Minsk qrupu münaqişənin həlli məsələsini öz monopoliyasında saxlamaq niyyətindədir.

İkincisi, Ermənistanın işğalçılıq siyasətini ifşa edəcək belə bir layihənin qəbulu münaqişənin ədalətli həllini şərtləndirəcəkdi.

Lakin göründüyü kimi, AŞPA-dakı erməni lobbisi ilə Minsk qrupu həmsədrlərinin mövqeyi üst-üstə düşür.

Prezident İlham Əliyev gənclərlə görüşündə məsələyə açıq şəkildə qiymət verdi.

Minsk qrupunun həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar”, - deyə dövlət başçısı çıxışında beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi.

Qeyd edək ki, artıq Azərbaycan ictimaiyyəti də Minsk qrupunun ermənipərəst fəaliyyətindən ciddi şəkildə narahatdır.

Misal üçün, AVCİYA təşkilatı bununla bağlı yaydığı bəyanatda həmsədrlərin xidmətlərindən imtina edilməsinə çağırış edib.

“ATƏT-in Minsk qrupunun Azərbaycanın başqa beynəlxalq təşkilatlarda ədalət axtarması cəhdlərinə müdaxilə etməyə və işğalla bağlı məsələni öz monopoliyasında saxlamağa cəhd etməsinin heç bir hüquqi əsası yoxdur. AVCİYA xarici təsirlərə qarşı ölçü götürmək iqtidarında olmayan AŞPA-da bosniyalı deputat Militsa Markoviç tərəfindən hazırlanmış “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” qətnaməsinin müddəaları yerinə yetirilməyənədək Azərbaycanı bu qurumda fəaliyyətini dondurmağa çağırır”, - deyə bəyanatda bildirilir.

Politoloq Tofiq Abbasov Publika.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Minsk qrupunun fəaliyyətini haqlı olaraq tənqid edir: “Bu qurum açıq şəkildə ermənilərə xidmət edir, neytrallıq prinsipini kobud şəkildə pozur. Belə olan halda ondan müsbət rəyi necə gözləmək olar?!”

Politoloq əlavə edib ki, həmsədrlərin fəaliyyəti səmərə versəydi, bu müddət ərzində ortada nəticələr olardı.

“Nəticə yoxdur və həmin bu nəticəsizlik, nizamlanma prosesindəki hökm sürən durğunluq ermənilər üçün ən arzuolunan variantdır. Təəssüf ki, Minsk qrupunun diplomatları ermənilərə bu mənfur əməldə dəstək göstərirlər. Bu haqda tam məlumatlı olan Azərbaycan lideri vəziyyətin qiymətini son dərəcə düzgün və dolğun verir. Minsk qrupu yarıtmaz fəaliyyətinə görə ancaq tənqidə layiqdir”, - deyə o qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm